Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyədə otel qiymətləri yüksələ bilər - YENİ VERGİLƏR

Türkiyədə otel qiymətləri yüksələ bilər - YENİ VERGİLƏR

Türkiyədə otel qiymətləri yüksələ bilər - YENİ VERGİLƏR

Dərc Edildi
24 oktyabr 2019

 Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq yeni vergi qanunu layihəsinə görə, yüksək gəliri olan şəxslərdən daha çox vergi alınacaq.

 

"Marja" xəbər verir ki, yüksək gəlir qruplarından daha çox vergi alımasının qarşıya qoyduğu yeni vergi qanunu layihəsinə görə, gəlir vergisi dərəcələrinin sayı dörddən yeddiyə çıxarılacaq. İlk dörd dərəcələrdə, yəni 500 min Türk lirəsinə qədər gəlir əldə edən qrupların vergi öhdəliyində dəyişiklik olmayacaq.
 

"Yeni Vergi Öhdəlikləri Qanunu"na görə, dəyəri yüksək mənzillərdən vergi alınması üçün Dəyərli Mənzil Vergisi tətbiq ediləcək. Dövlət mənzilləri, diplomatik nümayəndələrin mənzilləri, heç bir gəliri olmayan və ya yalnız maaşla yaşayanların mənzilləri bu vergidən azad olacaq.
 

Mehmanxana, motel, istirahət evi, pansionat, qonaq evi və kempinq kimi obyektlərində göstərilən xidmətlərə Qonaqlama (Yerləşdirmə) Vergisinin tətbiq edilməsi nəzərdə tutulur. Bu vergi təklifi qəbul olunarsa gələn ildən Türkiyədə otel qiymətlərinin qalxacağı bildirilir.