Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyəli nazir: İmzalanan sənəd iki qardaş ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək

 Türkiyəli nazir: İmzalanan sənəd iki qardaş ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək

Türkiyəli nazir: İmzalanan sənəd iki qardaş ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək

Dərc Edildi
14 oktyabr 2019

 Ankarada imzalanan Türkiyə və Azərbaycan arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək. Ümidvarıq ki, bir neçə gün sonra Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçiriləcək Türk Şurasının Zirvə görüşündə Azərbaycan və Türkiyə arasında ticarətin inkişafına dair imzalanacaq sənəd də qardaş ölkələr üçün daha səmərəli olacaq.

Bu fikirləri AZƏRTAC-a Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Ankarada imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu”n əhəmiyyətini şərh edərkən deyib. Naziq qeyd edib ki, tərəflər bundan sonra da gömrük-keçid məntəqələrində hərəkətin sadələşdirilməsi, elektron sistem vasitəsilə informasiya mübadiləsi, o cümlədən sənədlərin ötürülməsi məsələlərində əhəmiyyətli addımlar atmaqda davam edəcəklər.