Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyənin səfiri axıskalı türklərin yaşadığı kənddə - FOTOLAR

 Türkiyənin səfiri axıskalı türklərin yaşadığı kənddə - FOTOLAR

Türkiyənin səfiri axıskalı türklərin yaşadığı kənddə - FOTOLAR

Dərc Edildi
15 mart 2019
Türkiyənin Azərbaycandakı Səfirliyi və "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyi (TÜİB) Saatlı rayonunun Qazanbatan kəndinə səfər edib, orada kompakt halda yaşayan axıska türkləri ilə görüş keçiriblər.
 
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, Türkiyə və Azərbaycandan çoxlu sayda şirkət rəhbərləri iştirak ediblər.
 
Kənd sakinləri qonaqları mehribanlıqla qarşılayıb. Sakinlər Türkiyə səfirliyinin və TÜİB-in onlara daim dəstək olduqlarını bildirərək, təşəkkürlərini ifadə ediblər.
 
Səfir Erkan Özoral axıska türklərinə bildirib ki, Türkiyə dövləti olaraq daim onların yanındadırlar, hər zaman onların problemləri ilə maraqlanırlar.
 
TÜİB sədri Hüseyin Büyükfırat axıska türklərinə hər zaman dəstək olduqlarını dilə gətirib. O qeyd edib ki, bundan əvvəl necə idisə, bundan sonra da onlara dəstək olacaqlar:
 
"Axıska türklərinin ən pis günlərində belə onlara dəstək vermişik. Bu dəstək həm maddi, həm də mənəvi olub. Bundan sonra da dəstəyimizi əsirgəməyəcəyik".
 
Daha sonra axıska türkləri onları ziyarətə gələnləri milli yeməklərinə qonaq ediblər.
 
Görüşdən sonra kənd sakinlərinə bayram sovqatları paylanılıb.