UNEC tender elan edir
UNEC tender elan edir
1 dekabr 2017
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::
lot 1 - Mühafizə xidməti
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyət küç. 6 (Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası) (Əlaqələndirici şəxs :Aqil Əhmədov, telefon :(012) 492-59-23) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 300 manat
| Hesab: | AZ96AIIB33010019443507362105 |
| VÖEN | 1700091281 |
| Bank: | Kapital Bank ASC-nin Səbail filialı |
| Kodu: | 200059 |
| VÖEN: | 9900003611 |
| M/H: | AZ37NABZ01350100000000001944 |
| S.W.İ.F.T: | AIIBAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-01-08 09:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-01-16 17:00qədər Bakı şəhəri, İstiqlaliyyət küç. 6 (Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-01-17 11:00 tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin”, Bakı şəhəri, İstiqlaliyyət küç. 6 ünvanında yerləşən əsas binasının, iclas zalı ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI