Vergilər Nazirliyi Dövlət Xidmətinə çevrildi və İqtisadiyyat Nazirliyinin tabeliyində - 3 DÖVLƏT XİDMƏTİ OLACAQ
Vergilər Nazirliyi Dövlət Xidmətinə çevrildi və İqtisadiyyat Nazirliyinin tabeliyində - 3 DÖVLƏT XİDMƏTİ OLACAQ
23 oktyabr 2019
Vergilər Nazirliyinin yerində Dövlət Vergi Xidməti yaradılıb.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında» fərmanda nəzərdə tutulur. Fərmana əsasən, yeni yaradılan Vergi Xidməti İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərəcək.
İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.
FED.az xəbər verir ki, bunlar qurumun tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin bazasında yaradılan Əmlak Məsələləri Dövlət Xidməti və Vergilər Nazirliyinin bazasında yaradılan Dövlət Vergi Xidmətidir.
Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Beləliklə, nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.
Bundan başqa, qurumun strukturuna əvvəlki qaydada onun aparatı, regional bölmələri, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxildir.