Vətən müharibəsi şəhidi,Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun adı yaşadığı küçəyə verilib.
Ana Səhifə
Vətən müharibəsi şəhidi,Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun adı yaşadığı küçəyə verilib.
Vətən müharibəsi şəhidi,Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun adı yaşadığı küçəyə verilib.
Dərc Edildi
1 oktyabr 2022
TÜİB olaraq şəhid ailələri və qazilərlə daim ünsiyyətdə olmaq bizim ən mühüm vəzifəmiz və borcumuzdur. Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə həyata keçirdiyimiz “Qardaş ailə” layihəsi də bu məqsədə xidmət edir. Layihə çərçivəsində DSMF əməkdaşları və TÜİB nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilib, ehtiyacı olanların sosial və rifah hallarının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.
“Qardaş Ailə” layihəsi çərçivəsində İkinci Qarabağ Müharibəsi şəhidi mayor Əhədzadə İlkin Qələmşahoğlunun ailəsi Sivas Cümhuriyyət Universitetinin rektoru Prof.Dr. Alim Yıldızın dəvəti ilə Sivasa səfər edib. Bu mühim səfərdə şəhidin atası, anası, həyat yoldaşı və uşaqları iştirak edib. Bundan əlavə Vətən müharibəsi şəhidi,Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun adı yaşadığı küçəyə verilib. Şəhid Mayor İlkin Əhədzadənin məzarı ziyarət edilib, II Fəxri Xiyabanda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və Türkiyə Səfirliyi Eğitim Müşaviri Ali Rza Altunel 44 günlük haqq savaşında canından keçən şəhidlərimizin məzarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.
TÜİB olaraq “Bir Millət Bir Ürək” Beynəlxalq Platforması çərçivəsində bütün ölkəyə yayılan belə nəcib təşəbbüsləri davam etdirməkdən və bu istiqamətdə uğurla həyata keçirilən dövlət siyasətinə töhfə verməkdən qürur duyuruq.






