"Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin və “YAŞAT” Fondunun təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə şəhid ailə üzvləri Ankaraya səfər ediblər.

"Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin və “YAŞAT” Fondunun təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə şəhid ailə üzvləri Ankaraya səfər ediblər. 30 Avqust - Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan təşəbbüs 2 sentyabr 2024-cü il tarixinədək davam edəcək. Şəhid ailə üzvləri Türkiyə hava limanında xüsusi diqqətlə qarşılanıb. Səfərin ilk günü Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Mətin Gürak şəhidlərimizin ailələrini qəbul ediblər, ardınca dördüncü korpus komandiri nümayəndə heyəti ilə yemək masası ətrafında görüşüb. Layihə iştirakçıları üçün “Cumhuriyyət Külliyesi” kimi tanınan Prezident Sarayına ekskursiya təşkil olunub. 134 müxtəlif dildə 4 milyondan çox kitab və 120 milyon elektron nəşr kolleksiyası ilə Türkiyənin ən böyük kitabxanası hesab edilən Prezident Kitabxanası ziyarət olunub. Həmçinin Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin rəsmisi Zafər Balıkçı şəhid ailələri ilə şam yeməyinə qatılıb. Həyata keçirilən layihələrimizin məqsədi Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirmək, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızın daha möhkəmləndirilməsidir. Məqsədimiz layihəni davamlı şəkildə həyata keçirmək, hər iki ölkənin müqəddəs əmanətlərinə diqqət və qayğımızı göstərməkdir.

Tarix
30 Avqust 2024
Baxış: 47
Digər xəbərlər