"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və İdarə Heyətinin üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) ziyarət ediblər.
Tuib xəbərləri
"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və İdarə Heyətinin üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) ziyarət ediblər.

"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və İdarə Heyətinin üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) ziyarət ediblər. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərindən, hər iki ölkə arasında əməkdaşlığın bütün sahələri əhatə etməsindən bəhs olunub. AHİK sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fikirlərini xatırladaraq bu münasibətlərin əsrlərə dayanan qardaşlıq bağları üzərində qurulduğunu vurğulayıb. Bildirilib ki, bu əlaqələr Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə səyləri ilə ən yüksək səviyyəyə çatıb. Görüşdə həmçinin əmək hüquqlarının müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması, üzvlərin sağlamlığının qorunması və istirahət imkanlarının təşkili sahəsində AHİK-in həyata keçirdiyi layihələr və yeniliklər barədə ətraflı məlumat verilib. Konfederasiyanın özəl sektorla əməkdaşlığa xüsusi önəm verdiyi qeyd olunaraq, 100-dən çox üzvü olan TÜİB ilə münasibətlərin qurulması və birgə layihələrin icrasının vacibliyi vurğulanıb. Tədbir çərçivəsində AHİK-in fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub, e-AHİK elektron sistemləri və yaxın zamanda təqdim olunacaq "AHİK Plus" proqramı barədə məlumat verilib. TÜİB sədri Hüseyin Büyükfırat Azərbaycan-Türkiyə dostluğunun güclənməsinə verdiyi dəyəri ifadə edərək, AHİK-in apardığı islahatları yüksək qiymətləndirib və gələcəkdə birgə layihələrə dair təkliflərini səsləndirib. Görüş qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.