Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86 5 86
Mobil Telefon +994 (51) 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86
Mobil Telefon +994 (51) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azərbaycan-Türkiyə İnvestisiya Forumu

Azərbaycan-Türkiyə İnvestisiya Forumu

Azərbaycan-Türkiyə İnvestisiya Forumu

Dərc Edildi
21 dekabr 2023
21 dekabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Türkiyə Respublikası Ticarət Nazirliyi və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu həyata keçirilib.
Heydər Əliyev və Türkiyə Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş forumda dövlət rəsmiləri ilə yanaşı hər iki ölkənin şirkət nümayəndələri, sahibkarlar və investorlar olmaqla 500-dən çox qonaq iştirak edib.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Ticarət naziri Prof.Dr.Ömər Bolat və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan forumda çıxış edib.
Forum açılış və imza mərasimlərindən sonra iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən panel müzakirələri ilə davam edib.
“Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları”, İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər”, “Yaşıl enerji və smart city”, “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” və “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” üzrə panel müzakirələr aparılıb.
Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadi əməkdaşlığın yeni səviyyəyə qaldırılması ilə bağlı strateji mövzular müzakirə obyekti olub, biznes əməkdaşlıq və potensial investisiya imkanları açıqlanıb.
Tədbir iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında iqtisadi əməkaşlığı gücləndirməyi və bölgədə ümumi iqtisadi inkişafa dəstək verməyi hədəfləyir.