Azərbaycan-Türkiyə İnvestisiya Forumunun rəsmi şam yeməyi keçirilib.
Azərbaycan-Türkiyə İnvestisiya Forumunun rəsmi şam yeməyi keçirilib.
Dərc Edildi
31 dekabr 2023
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Türkiyə Respublikası Ticarət Nazirliyi və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə həyata keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun rəsmi şam yeməyi keçirilib.
Rəsmi şam yeməyində dövlət rəsmiləri ilə yanaşı hər iki ölkənin şirkət nümayəndələri, sahibkarlar və investorlar iştirak edib.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Ticarət naziri Prof.Dr.Ömər Bolat və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO icraçı direktoru Yusif Abdullayev və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) idarə heyətinin sədri Hüseyin Büyükfırat çıxış edib.
Çıxış zamanı Azərbaycan-Türkiyə İnvestisiya Forumu iqtisadi əməkdaşlığın yeni səviyyəyə qaldırılmasında, biznes əməkdaşlıq və potensial investisiya imkanlarının həyata keçirilməsində önəmli rol oynadığı vurğulanıb.
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)