TÜİB sədri Hüseyin Büyükfırat Prof. Dr. Selim Argunu ziyarət edib.
TÜİB sədri Hüseyin Büyükfırat Prof. Dr. Selim Argunu ziyarət edib.
Dərc Edildi
7 sentyabr 2026
TÜİB sədri Hüseyin Büyükfırat Prof. Dr. Selim Argunu ziyarət edib.
TÜİB sədri Hüseyin Büyükfırat, Yunus Emre İnstitutunun yeni sədri vəzifəsinə təyin olunan Prof. Dr. Selim Argunu ziyarət edib.
Görüş zamanı Prof. Dr. Selim Argunun yeni vəzifəsi münasibətilə təbrikləri çatdırılıb, fəaliyyətində uğurlar arzulanıb. Görüşdə Azərbaycan–Türkiyə münasibətləri çərçivəsində mədəni və sosial əlaqələrin inkişafı, həmçinin TÜİB və Yunus Emre İnstitutu arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində Bakıda uğurla keçirilən tədbirdən bəhs edilib. Şanlıurfanın zəngin tarixi, mədəniyyəti, musiqisi və gastronomiyasının Bakı ictimaiyyətinə təqdim edildiyi proqramın Azərbaycan–Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə verdiyi töhfə vurğulanıb.
TÜİB olaraq Prof. Dr. Selim Arğuna yeni vəzifəsində uğurlar arzulayır, iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına xidmət edən birgə layihələrin davamlı olmasını diləyirik.
