Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86 5 86
Mobil Telefon +994 (51) 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86
Mobil Telefon +994 (51) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

“Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” Bakıda keçirilir

“Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” Bakıda keçirilir

“Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” Bakıda keçirilir

Dərc Edildi
4 sentyabr 2026

Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyi və Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri ilə keçirilən “Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində xüsusi təqdimat proqramı və rəsmi şam yeməyi təşkil olunub.

Tədbirin əsas məqsədi minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, musiqisi, sənəti və özünəməxsus mətbəxi ilə seçilən Şanlıurfanın mədəni dəyərlərini Azərbaycanda tanıtmaq, eyni zamanda Türkiyə-Azərbaycan arasında mövcud olan tarixi və qardaşlıq əlaqələrini mədəni müstəvidə daha da möhkəmləndirmək olub.

Bakının tarixi məkanlarından birində keçirilən rəsmi şam yeməyində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Samsat Bələdiyyəsinin sədri Halil Fırat, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin nümayəndələri, elm və mədəniyyət xadimləri, media nümayəndələri, iş adamları və çoxsaylı digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar Bakı ilə Şanlıurfa arasında coğrafi məsafənin olmasına baxmayaraq, iki xalqın qəlbində heç bir məsafənin olmadığını vurğulayıb. O, Şanlıurfa süfrəsinin yalnız yeməklərin bölüşüldüyü məkan deyil, həm də dostluq, qardaşlıq və səmimiyyətin rəmzi olduğunu qeyd edib.

Proqramda Şanlıurfanın ənənəvi mətbəx nümunələri – çiy köftə, meyan şərbəti və mırra qonaqlara təqdim olunub. Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin Urfa Ahəngi Topluluğu tərəfindən musiqi proqramı təqdim edilib, Azərbaycan folklor kollektivi isə ənənəvi rəqslərlə çıxış edib. Beləliklə, Azərbaycan və Şanlıurfanın zəngin folklor və musiqi irsi eyni səhnədə bir araya gətirilib.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyədən olan nümayəndələr çıxış edərək Şanlıurfanın qədim tarixi və mədəni irsinin Bakıda təqdim olunmasının əhəmiyyətini vurğulayıblar. Çıxışlarda bu cür mədəni tədbirlərin iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə və xalqlar arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.

TÜİB sədri Hüseyin Büyükfırat çıxışında Şanlıurfa Mədəniyyət Günlərinin Bakıda keçirilməsində göstərdiyi dəstəyə görə Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədrinə və tədbirin təşkilində əməyi olan bütün qurum və şəxslərə təşəkkürünü bildirib. O, bu kimi layihələrin Türkiyə və Azərbaycan arasında mədəni, iqtisadi və ictimai əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

“Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində Şanlıurfanın tarixi, mədəniyyəti, sənəti, musiqisi və gastronomiyasını əks etdirən müxtəlif təqdimatlar, sərgilər və tanıtım proqramları da təşkil olunur.

Tədbirlər Bakıda Şanlıurfanın mədəni irsinin geniş auditoriyaya tanıdılmasına, iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə və qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına xidmət edir.