“Qardaş Ailə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərindən 17 nəfər şəhid ailəsi üzvü Azərbaycanda səfərdədir.
Ana Səhifə

Dərc Edildi
11 yanvar 2024
Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan “Qardaş Ailə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərindən 17 nəfər şəhid ailəsi üzvü Azərbaycanda səfərdədir.
Müdafiə nazirliyi və TÜİB-in nümayəndələri tərəfindən Heydər Əliyev Hava Limanında qarşılanan şəhid ailələri Müdafiə Nazirliyinin “Mərkəzi Hərbi Sanatoriya”sında yerləşdirilib.
Səfərin ilk günündə gələn qonaqlar Şəhidlər Xiyabanını və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Layihənin məqsədi Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirmək, onlara mənəvi dəstəyimizi göstərməklə qardaşlıq bağlarımızın möhkəmləndirilməsidir.
Layihə çərçivəsində Bursa şəhid ailələri dövlət qurumları tərəfindən qəbul ediləcək, Azərbaycanın mədəni-irsi tarixi ilə yaxından tanış olacaq, Tərtər-Ağdam bölgəsini ziyarət edəcək.
Səfər çərçivəsində Vətən müharibəsi zamanı Tərtərdə raket düşən ev muzeyi, Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsi kimi tanınan işğaldan azad olunan Suqovuşan qəsəbəsi və Talış kəndinə və Ağdam şəhərinə ziyarət planlanır.