Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

30-dan çox şirkətdə vergi postları qurulub

30-dan çox şirkətdə vergi postları qurulub

30-dan çox şirkətdə vergi postları qurulub

Dərc Edildi
29 yanvar 2019

"2017-ci ilə nisbətən 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Ötən il ümumilikdə 1500-dən artıq vergi yoxlaması aparılıb".

FED.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov sahibkarların vergi yoxlamaları zamanı baş verən özbaşınalıqlarla bağlı suallara cavab olaraq bildirib. 

S.Ələkbərov qeyd edib ki, spirtli içkilər sahəsinə diqqət artıb, bunun da səbəbi vergidən yayınma hallarının çox olması ilə bağlıdır. Nazir müavini qeyd edib ki, aksizli mallarla bağlı çoxlu narazılıq və narahatlıq var idi: 

"Ötən ilin avqust ayından başlayaraq 30-dan artıq müəssisədə postlar qurulub və bu günə qədər onların işi davam edir. Bu sahədə nizam- intizam yaradılmayana qədər proseslər davam edəcək. Sahibkarlar şərab adı ilə araq istehsal edir və şərabın aksizini verir. Bu adla vergidən böyük yayınmalar var idi. Bu sahədə yoxlamaların keçirildiyi 6 ay müddətində vergidən yayınma ilə bağlı 3.5 - 4 dəfə artım müşahidə edilir. Ödəyicilər var ki, elektron qaimə faktura verməməyə çalşırlar və vergidən yayınırlar". 

Nazirlik rəsmisi problem kökündən həll olunanadək prosesin davam edəcəyini vurğulayıb.