"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədri ilə işgüzar görüş
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədri ilə işgüzar görüş
17 dekabr 2021
16 dekabr 2021-ci ilin tarixində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri (TÜİB) İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov arasında işgüzar görüş keçirilmişdir.
“Azərbaycan Televiziya və Radio Verilişləri”QSC-nin sədri Rövşən Məmmədov rəhbərlik etdiyi qurum haqqında məlumat verdi. Sədr həmçinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu”nun əhəmiyyətini qeyd edərək, “İki ölkənin aidiyyəti qurumları arasında informasiya sahəsində əməkdaşlıq gücləndirilməli, Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlər daha da genişləndirilməlidir” dedi.
TÜİB sədri Hüseyin Büyükfırat təmsil etdiyi qurumun vəzifə və funksiyaları, 44 günlük Vətən Müharibəsi başladığı gündən etibarən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verərək, “Şəxsən və TÜİB olaraq, iki qardaş ölkənin əlaqədar qurumları arasında əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlimizdən gələn dəstəyi verməyə hazırıq” dedi.
Görüşdə AzTV və TÜİB arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələləri və 2022-ci tədbirlər planı çərçivəsində birgə həyata keçiriləcək layihələr müzakirə edildi.
