«Gəncə İş Adamları» İctimai Birliyinin təqdimat mərasimi
«Gəncə İş Adamları» İctimai Birliyinin təqdimat mərasimi
Dərc Edildi
21 dekabr 2021
Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, İqtisadiyyat Nazirliyinin qurumları - KOBİA, Sahbkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi Xidməti, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) rəhbərliyi və nümayəndələri, Gəncə şəhərindəki Türkiyə Baş Konsulu, çoxsaylı iş adamı və qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat Gəncədə iş adamları birliyinin qurulmasının əhəmiyyətini vurğulayaraq "Bu dövləti və bölgəni maraqlandıran çox mühim addımdır. Birliyin yaradılması bölgədə sahibkarlığın inkişafı baxımından mühüm hadisədir. Zəfəri ilə bərabər bölgədə yeni bir həyata qədəm qoyuldu. Gəncə Qarabağa açılan qapısıdır. Bu baxımdan, bu birlik bölgədə iqtisadi aktivliyə, investisiyaların artımına fayda verəcəkdir " dedi. Tədbirdə çıxış edən TÜİB sədri yeni quruma uğurlar arzu etdi.