Azərbaycanlılar Türkiyədən mənzil almaqda davam edir
Azərbaycanlılar Türkiyədən mənzil almaqda davam edir
16 oktyabr 2019
Azərbaycanlılar Türkiyədə mənzil almaqda davam edir.
“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin Sentyabr ayında azərbaycanlılar Türkiyədə 118 mənzil alıblar. 2018-ci ilin Sentyabr ayında azərbaycanlılar Türkiyədə 180 mənzil almışdılar.
2019-cu ilin Yanvar-Sentyabr dövründə (9 ayda) isə azərbaycanlılar Türkiyədə 829 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 763 idi.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 11-ci yerdədir. Yanvar - Sentyabr dövründə Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar - 5527 mənzil. İraqlıların ardınca 3624 mənzil ilə İran, 1939 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.
