“Doğu Karadeniz İhracatçılar Birliği (DKİB)” nümayəndə heyəti TÜİB ziyarət edib
“Doğu Karadeniz İhracatçılar Birliği (DKİB)” nümayəndə heyəti TÜİB ziyarət edib
14 mart 2017
Martın 10-da “Doğu Karadeniz İhracatçılar Birliği (DKİB)” nümayəndə heyəti “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)”ni ziyarət edib. Görüş zamanı DKİB-i birliyin sədri Ahmet Hamdi Gürdoğan, baş katib İdris Çevik və Türkiyənin Azərbaycandakı Ticarət Müşaviri Ahmet Ataker təmsil ediblər. Sözü gedən bu görüş may ayının əvvəllərində Bakıda keçirilməsi planlaşdırılan "Yapı Malzemeleri ve Tüketim Ürünleri Sektörel Ticaret Heyeti” proqramına hazırlıq məqsədi daşıyıb. TÜİB İdarə heyətinin sədri Ali İhsan Genç , İdarə Heyətinin Üzvləri Birol Oğuz, Birol Malkoç,Osman Gezeker və Necmeddin Taşbağ Azərbaycanda İnşaat və İnşat materialları sektorunun mövcud durumu və perspektivləri ilə bağlı qonaqlarla ətraflı müzakirə aparıblar. TÜİB İdarə Heyəti may ayında keçiriləcək tədbiri son dərəcə müsbət bir addım kimi qiymətləndirib. Görüş zamanı qeyd olunub ki, tədbirin baş tutması üçün TÜİB tərəfindən gərəkli bütün təşkilati dəstəklər göstəriləcəkdir.





