Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə TÜİB-in tədbir

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə  TÜİB-in tədbir

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə TÜİB-in tədbir

Dərc Edildi
15 dekabr 2021
15 dekabr 2021-ci il tarixində “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB) üzv şirkətləri üçün növbəti əyani tədbirini təşkil etmişdir. Tədbirin fəxri qonağı Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış etmişdir. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “World Business Center”də keçirilmişdir.
 
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat tədbiri salamlama nitqi ilə açdıqdan sonra çıxış üçün sözü tədbirin fəxri qonağı Himalay Məmişova verdi. H.Məmişov Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri və Fond tərəfindən əhalinin sosial sığorta sisteminin gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, əhalinin sosial müdafiəsi və pensiya təminatı sistemlərinin şəffaflığının təmin edilməsi və səmərəliliyinin artırılması istiqamətində Fond tərəfindən görülən işlərdən, sosial təminat sahəsində son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışdı. Fondun rəhbəri həmçinin Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrini, eləcə də 44 günlük Vətən müharibəsində Türkiyənin prinsipial və ədalətli mövqeyini vurğulayaraq, sosial təminat sahəsində ölkələrimiz arasında uğurla həyata keçirilən əməkdaşlığa böyük önəm verildiyini qeyd etdi.
Bununla yanaşı, H.Məmişov “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri xüsusi olaraq vurğuladı. O qeyd etdi ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırdı. Bundan əlavə, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaratdı.  
Çıxışından sonra H.Məmişov TÜİB üzvlərinin suallarını cavablandırdı və özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün TÜİB-in İdarə Heyətinə öz minnətdarlığını ifadə etdi. Eyni zamanda tədbirdə iştirak edən Türkiyə Səfirliyinin Əmək və Sosial Müdafiə Müşavirliyinin əməkdaşı İsmayıl Haqverdiyev Türkiyə qanunvericiliyinə uyğun əmək pensiyaları ilə əlaqədar suallarıcavablandırdı. Tədbir işgüzar naharla yekunlaşdı.         
 
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə  TÜİB-in tədbir
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə  TÜİB-in tədbir
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə  TÜİB-in tədbir