Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Cocuq Mərcanlı Suvenir İstehsalı Müəssisəsinin tanıtımı
Ana Səhifə
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Cocuq Mərcanlı Suvenir İstehsalı Müəssisəsinin tanıtımı
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Cocuq Mərcanlı Suvenir İstehsalı Müəssisəsinin tanıtımı
Dərc Edildi
27 oktyabr 2021
26 oktyabr 2021. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən “Cocuq Mərcanlının İnkişafı” Layihəsi haqqında və TÜİB, TİKA və KOBİA-nın dəstəyi ilə yaradılmış Suvenir İstehsalı Müəssisəsi eyni zamanda istixana təsərrüfatı barədə məlumat verilmişdir.
TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi, Türkiyənin Azərbaycandakı sabiq səfiri cənab Erkan Özoralın himayəsi çərçivəsində həyata keçirilən layihəyə uyğun olaraq bu ərazilərdeə yenidən məskunlaşan ailələrin məşğulluğunun və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş "Cocuq Mərcanlı İnkişafı Layihəsi", "Bir Millət, İki Dövlət" şüarının yalnız sözlə deyil, siyasətdən diplomatiyaya, enerjidən müdafiəyə hər sahədə hakim olduğunun bariz nümunəsidir.
Qeyd edək ki, 700 m2 sahədə inşa edilən “Suvenir İstehsalı Müəssisəsi” istehsal sahəsi, sərgi salonu, yeməkxana, mətbəx, texniki və inzibati otaqlardan ibarətdir. Bundan əlavə, istismar sahəsində 150 m3 tutumlu qazanxana, nasosxana, yanğın və işməli su hovuzu tikilmişdir. Müəssisədə suvenirlər istehsal olunacaq və bu məhsullar "Cocuq Mərcanlı" markası altında satılacaqdır.
F.B.H.L-nin açılış mərasimində TÜİB sədri Hüseyin Büyükflırat tərəfindən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarına üzərində "Xaribülbül" əks olunan suvenir təqdim edilmişdir.



