“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirici İctimai Birliyinin (İNDO) nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyini (TÜİB) ziyarət edib.
Ana Səhifə

Dərc Edildi
22 iyun 2026
“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirici İctimai Birliyinin (İNDO) nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyini (TÜİB) ziyarət edib.
Görüşdə TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və Katiblik nümayəndələri qonaqları qəbul ediblər. İNDO-nu İdarə Heyətinin sədri Zöhrə Həsənova və təşkilatın rəhbər heyəti təmsil edib.
Görüş zamanı İNDO-nun fəaliyyət istiqamətləri, həyata keçirdiyi sosial yardım proqramları, hüquqi maarifləndirmə layihələri və cəmiyyətin həssas təbəqələrinin dəstəklənməsinə yönəlmiş təşəbbüsləri barədə ətraflı məlumat təqdim olunub. Təşkilat rəhbərliyi tərəfindən sosial rifahın yüksəldilməsi, hüquqi savadlılığın artırılması və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
TÜİB tərəfindən isə birliyin fəaliyyət istiqamətləri, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfələr, üzv şirkətlərlə həyata keçirilən layihələr, biznes mühitinin gücləndirilməsi istiqamətində görülən işlər və təşkilatın fəaliyyəti haqqında geniş məlumat verilib. Eyni zamanda, TÜİB-in müxtəlif dövrlərdə reallaşdırdığı sosial məsuliyyət layihələri, xeyriyyə təşəbbüsləri və ictimai fayda yönümlü fəaliyyətləri barədə məlumat paylaşılıb.
Səmimi və məhsuldar şəraitdə keçən görüşdə vətəndaş cəmiyyəti institutları ilə biznes ictimaiyyəti arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb, sosial layihələrin həyata keçirilməsi, maarifləndirmə tədbirlərinin təşkili və gələcəkdə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, sosial yönümlü layihələrdə birgə iştirak və gələcək təşəbbüslərin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edərək əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

.jpg)