TÜİB nümayəndə heyəti 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisini ziyarət edib.
TÜİB nümayəndə heyəti 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisini ziyarət edib.
19 iyun 2026
Bakı Ekspo Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisinin açılış mərasimində dövlət qurumlarının nümayəndələri, sahibkarlar və iş adamları iştirak ediblər. Yerli istehsalın təşviqi və bizneslər arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyan sərgi ölkənin iqtisadi inkişafına töhfə verən mühüm platformalardan biridir.
Sərgi çərçivəsində TÜİB nümayəndə heyəti də tədbiri ziyarət edib. Ziyarət zamanı müxtəlif sahələri təmsil edən üzv şirkətlərimizin stendləri ilə yaxından tanış olunub, onların fəaliyyətləri, istehsal imkanları, yeni məhsul və xidmətləri barədə məlumat əldə edilib.
Üzvlərimizlə keçirilən görüşlərdə biznes mühitində mövcud imkanlar, əməkdaşlıq perspektivləri və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Yerli istehsalın təşviqi, sahibkarlığın inkişafı və şirkətlər arasında işgüzar əlaqələrin genişləndirilməsi baxımından bu cür platformaların əhəmiyyəti xüsusi vurğulanıb.
TÜİB olaraq üzv şirkətlərimizin uğurlarını diqqətdə saxlayır, onların fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına dəstək göstərməyə davam edirik.



