"Körfez Ticaret Odası” TÜİB-də
"Körfez Ticaret Odası” TÜİB-də
Dərc Edildi
19 may 2022
19 may 2022-ci il tarixində "Körfez Ticaret Odası”nın İdarə Heyətinin sədri Recep Öztürk, İdarə Heyəti üzvləri və qurumun üzvləri TÜİB-i ziyarət edib. Görüşdə TÜİB-in İdarə heyətinin sədri Hüseyin Büyükfırat, İdarə heyəti üzvləri Necmeddin Taşbağ, Ümit Hira, Günay Ağayeva və Mustafa Çelenk iştirak edib.
Qonaqları salamlayan Hüseyin Büyükfırat onlara TÜİB-in fəaliyyəti haqqında məlumat verib. Belə iş səyahətlərinin iki qardaş ölkənin iqtisadi inkişafına müsbət təsirindən danışıb. Görüş zamanı “Körfez Ticaret Odası”nın İdarə Heyətinin sədri Recep Öztürk səmimi qarşılanmaya görə öz təşəkkürünü bildirib. Həmçinin sədrlik etdiyi Ticaret Odası haqqında da məlumat verib.
Sonda xatirə fotosu çəkilib.


