“Miqrasiyanın iş adamları arasında mühüm rolu ” mövzusunda işgüzar nahar
“Miqrasiyanın iş adamları arasında mühüm rolu ” mövzusunda işgüzar nahar
17 oktyabr 2017
Hörmətli xanımlar və cənablar,
Sizi TÜİB və ATİB -in birlikdə təşkil etdiyi “Miqrasiyanın iş adamları arasında mühüm rolu ” mövzusunda işgüzar nahara dəvət edirik. Qeyd olunan mövzu haqqında Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsi”-nin rəisi İsmayıl Abdullayev çıxış edəcək. Tədbir 24 Oktyabr tarixində Hyatt Regency otelinin “Quba” zalında həyata keçiriləcək.
Tarix: 24 oktyabr 2017, Saat: 12:00-14:00
Yer: Hyatt Regency otelinin “Quba” zalı (İzmir küçəsi 1033 )
İşgüzar nahara TÜİB-ə üzv olmayan şirkətlərin nümayəndələri də dəvət olunur.
Tədbirdə iştirak üçün, mail vasitəsi ilə info@tuib.az mail ünvanına yazmağınızı və ya 0124971586 nömrəsi ilə əlaqə saxlamağınızı xahiş edirik.
Hörmətlə,
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi