Şəhid və qazi ailələrinin övladları və qazi gənclərimizlə Gənclər günü münasibəti ilə bira araya gəldik.
Ana Səhifə
Şəhid və qazi ailələrinin övladları və qazi gənclərimizlə Gənclər günü münasibəti ilə bira araya gəldik.
Şəhid və qazi ailələrinin övladları və qazi gənclərimizlə Gənclər günü münasibəti ilə bira araya gəldik.
Dərc Edildi
2 fevral 2022
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
Ümummilli lider Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə Gənclər Forumu keçirildi və Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının hər bir fərdi- yaşlısı, qadını, uşağı özünü əsgər olaraq gördü. Lakin gənclərimiz bu müqəddəs məsələdə xüsusi paya sahibdir. Vətənpərvər ruhda böyüyən gənclərimiz bu gün ən şərəfli ad olan Şəhid və Qazi adını daşımaqdadır.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin həyata keçirdiyi "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində şəhid və qazi ailələrinin övladları və qazi gənclərimiz Sivas Cumhuriyet Universitetinə təhsil üçün göndərildi.
Semestr tətili səbəbilə Azərbaycana gələn gənclərimizlə Gənclər günü münasibəti ilə bira araya gəldik.
TÜİB sədri Hüseyin Büyükfırat tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlandı. Onlara təhsillərində müvəffəqiyyətlər arzuladı.
2 Fevral- Gənclər Günüdür.
Siz gənclər bizim yalnız gələcəyimiz deyil, həm də bu günümüzsünüz. Əminik ki, gənclərimiz xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalacaq, Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atacaqdır.
Həyatınızın hər bir səhifəsində sevinc dolu anların bol olması diləyilə, bir daha Sizi Gənclər günü münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırırıq.