TÜİB İdarə Heyətinin MÜSİAD ziyarəti
TÜİB İdarə Heyətinin MÜSİAD ziyarəti
Dərc Edildi
3 fevral 2022
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi ilə MÜSİAD Azərbaycan əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüş MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və hər iki qurumun idarə heyətlərinin üzvləri arasında keçirilib.
Tərəflər ortaq layihələrin üzərində iş birliyi və yeni layihələrin hazırlanması məsələsini müzakirə ediblər.
Görüş zamanı MÜSİAD Azərbaycan rəghbəri R.Cabirli və TÜİB rəhbəri H.Büyükfırat Azərbaycanda investisiya mühitinin münbit olmasında, iki təşkilat arasında əlaqələrin genişləndirilməsində və ortaq layihələrin keçirilməsinin vacibliyində həmfikir olduqlarını bildiriblər.
Görüşdə tərəflər Azərbaycana investisiya axınının cəlb edilməsinin vacib və prioritet məsələlərdən olduğunu qeyd ediblər.