Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

"STAR" zavoduna ən yaxşı maliyyə idarəçiliyi - MÜKAFATI VERİLİB

"STAR" zavoduna ən yaxşı maliyyə idarəçiliyi - MÜKAFATI VERİLİB

"STAR" zavoduna ən yaxşı maliyyə idarəçiliyi - MÜKAFATI VERİLİB

Dərc Edildi
23 yanvar 2019

 

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə (Əliağa, İzmir) inşa etdiyi STAR neft emalı zavodu “International Finance Awards” çərçivəsində “Ən yaxşı maliyyə layihəsi idarə edilməsi” mükafatına layiq görülüb.

FED.az xəbər verir ki, bu barədə SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A. Ş.” məlumat yayıb. 

“STAR Rafineri”nin baş direktoru Mesut İlter bildirib ki, bu mükafat layihə maliyyələşdirilməsi 5 il müddətində saziş qaydalarına uyğun, təsirli və uğurla həyata keçirildiyinə görə verilib.

O xatırladıb ki, STAR indiyədək bir çox mükafatlara layiq görülüb.

Qeyd edək ki, STAR zavodunun 2018-ci il oktyabrın 19-da açılış mərasimi keçirilib.

STAR-ın təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq (report.az).