TÜİB-də Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunub
TÜİB-də Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunub
8 mart 2017
Azərbaycanın vergi qanunvericiliyinə edilən dəyişikliklər Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyində (TUİB) müzakirə edilib. Fevralın 21-də TÜİB-in ofisində Vergi Məcəslləsinə «01.01.2017-ci il tarixinə edilmiş son dəyişiklər» başlığı altında dəyirmi masa toplantısı keçirilib. Tədbir zamanı iş adamlarını və şirkətləri maraqlandıran bir sıra dəyişikliklər haqqında geniş müzakirələr aparılıb. Görüş zamanı Azersun Holding və Coca-Cola kimi böyük şirkətlərin nümayəndələri ilə yanaşı müstəqil ekspertlər və audit şirkətlərinin nümayəndələri də iştirak edib.
Toplantının sonunda hər həftənin müəyyən gününün Vergi, Əmək Məcəlləsi, Miqrasiya və s. kimi mövzulara həsr olunması və müvafiq şirkətlərin bu sahədə çalışan nümayəndələrinin həmçinin də müstəqil ekspertlərin bu tədbirlərə cəlb olunması qərara alınıb.



