TÜİB-in yeni seçilmiş İdarə Heyəti Üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı ziyarət ediblər
TÜİB-in yeni seçilmiş İdarə Heyəti Üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı ziyarət ediblər
5 oktyabr 2017
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB) sentyabrın 30-da seçilmiş yeni İdarə Heyəti rəhbərliyi və İdarə Heyəti Üzvləri Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı ziyarət ediblər.
TÜİB İdarə Heyətinin Sədri Hüseyn Büyükfırat öncəliklə cənab Erkan Özorala Birliyin qurulduğu gündən etibarən onlara göstərilən diqqət və dəstəkdən dolayı öz təşəkkürünü çatdırıb. Daha sonra sədr, yeni seçilən İdarə Heyəti Üzvlərini cənab səfirə təqdim edib. Hüseyn Büyükfırat həmçinin, ictimai birliyin yeni dönəmdə qarşısında duran hədəflər və həyata keçirəcəyi layihlər haqqında ətraflı məlumat verib.
Səfir Erkan Özoral da öz növbəsində, İdarə Heyəti rəhbərliyini təbrik edib, onlara yeni fəaliyyətlərində uğurlar arzu edib. Səfir vurğulayıb ki, “Azərbaycan Türkiyə üçün dost və qardaş ölkədir və Türkiyəli iş adamları burada biznes qurmaqda hər zaman maraqlı olublar. TÜİB və digər ictimai birliklərin də əsas hədəfi, öncəliklə Türkiyəni və vətəndaşlarını Azərbaycanda layiqli şəkildə təmsil etmək olmalıdır.” Daha sonra səfir, TÜİB-in həyata keçirdiyi “Cocuq Mərcanlı” layihəsindən danışıb, gələcəkdə də bu layihəyə ən yüksək dəstəyin göstəriləcəyini vurğulayıb. Fövqəladə və səlahiyyətli səfir Erkan Özoral həmçinin, TÜİB –in nəşr etdirdiyi “İş Dünyamız” jurnalının dərc olunan hər üç sayını yüksək qiymətləndirib, onun biznes mühiti və iş dünyası üçün önəmini xüsusi olaraq qeyd edib.
