Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

Dərc Edildi
1 iyul 2017

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib. Tədbirdə “Elektron hökumət”, “Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub. E-hökumət altqrupu təqdimatlar və müzakirələr əsasında mobil tətbiqlər, “bir pəncərə” prinsipi üzrə elektron xidmət təminatı, açıq məlumatlar və s. üzrə təcrübə mübadiləsinin aparılmasını, bununla əlaqədar təlimlərin təşkil olunmasını, ümumi layihələrin hazırlanması üçün hər bir üzv dövlətin elektron hökumət sisteminin araşdırılmasını qərara alıb. Sonda türkdilli dövlətlər arasında elektron imzanın tanınması məqsədi ilə ilkin şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan arasında elektron imzanın tanınması üçün tələb olunan məlumatların təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.