Türkiyə səfiri TUİB üzvləri ilə görüşüb
Türkiyə səfiri TUİB üzvləri ilə görüşüb
12 aprel 2017
Aprelin 8-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”-ni (TÜİB) ziyarət edib. Görüşdə TUİB rəhbərliyi və üzvləri, həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Ahmet Ataker də iştirak edib.
TUİB-in idarə heyəti sədrinin müavini Birol Oğuz təşkilatın yaradılması, strukturu, fəaliyyət sahələri, üzvləri barədə məlumat verib, qarşıya qoyulan məqsədlər və bu məqsədlərə çatmaq üçün görülən işləri iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, yaranmasından keçən qısa müddət ərzində TUİB tərəfindən
təşkilatlanma ilə bağlı ciddi işlər görülüb. Artıq təşkilatın veb saytı yaradılır, «İş dünyamız» adlı yeni jurnalı çapa hazırlanır. Tədbirdə qeyd olunub ki, TUİB-in fəaliyyətə başladığı qısa müddət ərzində Türkiyənin Azərbaycandakı səfirliyi təşkilatın işinə hərtərəfli dəstək göstərib. Öz növbəsində TUİB təmsilçiləri bu dəstəyə görə səfir Erkan Özorala təşəkkürlərini bildiriblər. Toplantıda çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral təşkilatın qısa müddət ərzində fəaliyyətini və gördyü işləri yüksək qiymətləndirərək buna görə, onlara təşəkkür edib. Səfir bu cür fəaliyyətin davam etdirilməsini, türk biznesinin daha da aktivləşməsi və Azərbaycandakı iqtisadi inkişafa töhfə verməsinin vacibliyini vurğulayıb, TUİB-in fəaliyyətinə səfirliyin dəstəyinin davam edəcəyini qeyd edib.







