Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Füzulidəki faciə ilə bağlı BƏYANATI

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Füzulidəki faciə ilə bağlı BƏYANATI

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Füzulidəki faciə ilə bağlı BƏYANATI

Dərc Edildi
8 iyul 2017

İyulun 4-də Ermənistan silahlı qüvvələri qardaş Azərbaycanın işğal olunmuş torpaqlarında növbəti təxribat həyata keçirərək Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki kənd  sakini qətlə yetirilib, bir nəfər yaralanıb, kəndin infrastrukturuna və əhalinin mülkiyyətinə böyük ziyan dəyib.

Atəş nəticəsində dinc sakinlərin - 3 yaşlı körpə Zəhranın və onun nənəsinin qətli Ermənistanın Azərbaycana və onun xalqına qarşı uzun illərdən bəri apardığı soyqırım siyasətinin bir hissəsidir.


Artıq 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20%-dən çoxu Ermənistan tərəfindən işğal edilib,  milyonlarla azərbaycanlı qardaş-bacılarımız öz ev-eşik və torpaqlarını itirərək, öz vətənlərində məcburi qaçqınlıq həyatı yaşayırlar. Münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına böyük məbləğdə zərər dəyib.

Təəssüfləndirici haldır ki, bütün bunlar dünya ictimaiyyətinin, planetimizdə sülh və sabitliyi qorumalı olan beynəlxalq birliyin, təşkilatların və iri dövlətlərin gözü qarşısınıda baş verir. Belə təşkilatların ədalətli qərarları və tələbləri isə Ermənistan tərəfindən qulaqardına vurulur.

Bütün bunlara baxmayaraq qardaş Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə barışmır və haqq işini davam etdirir.

Sıralarında Azərbaycanda çalışan türk iş adamlarını birləşdirən «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi»nin (TUİB) bəzi üzvləri artıq 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və möhkəmlənməsinə töhfə verirlər. Bu dövrdə Azərbaycan bizim ikinci anna vətənimizə çevrilib. Böyük öndər, müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə desək: Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir».

İndi də baş verənləri – Ermənistanın bu xain və təxribat əməllərini şiddətlə qınayır və Azərbaycana dəstəyimizi bəyan edirik. TÜİB olaraq həlak olan qardaş-bacılarımızın yaxınlarına Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının yanındayıq və onun bir hissəsiyik.

Ötən ilin aprelindəki döyüşlərdə Azərbaycan ordusunun rəşadəti ilə torpaqların bir hissəsinin – Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ermənilərdən azad edilməsi və orada yeni həyatın başlanması üçün aparılan işləri böyük sevinclə izləyirik.

Əminik ki, Azərbaycanın haqq işi uğrunda apardığı mücadilə uğurla başa çatacaq. Şəhidlərimizin intiqamı alınacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, qardaş-bacılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Füzulidəki faciə ilə bağlı BƏYANATI
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Füzulidəki faciə ilə bağlı BƏYANATI