Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86 5 86
Mobil Telefon +994 (51) 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86
Mobil Telefon +994 (51) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azərbaycan Sənaye Sığorta Şirkəti TÜİB-ə üzv oldu

Azərbaycan Sənaye Sığorta Şirkəti TÜİB-ə üzv oldu

Azərbaycan Sənaye Sığorta Şirkəti TÜİB-ə üzv oldu

Dərc Edildi
8 iyul 2026

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri sırasına Azərbaycan Sənaye Sığorta Şirkəti qoşulub.

Azərbaycan Sənaye Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuş və Azersun Holding şirkətlər qrupuna daxil olan aparıcı sığorta şirkətlərindən biridir. Nizamnamə kapitalı 11 milyon manat olan şirkət paytaxt və regionlardakı nümayəndəlikləri vasitəsilə avto-icbari, kasko, əmlak, tibbi və digər sahələr üzrə ümumilikdə 33 növ sığorta xidməti göstərərək 200 minə yaxın müştəriyə xidmət edir.

Şirkət fəaliyyəti dövründə ölkənin sığorta sektorunda mühüm nailiyyətlər əldə etmişdir. Yanğın sığortası üzrə 25 milyon manat, inşaat sığortası üzrə 5 milyon manat, yük sığortası üzrə isə 2 milyon manat həcmində həyata keçirdiyi sığorta ödənişləri Azərbaycanın sığorta tarixində rekord göstəricilər sırasında yer alır.

Azərbaycan Sənaye Sığorta Şirkəti Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin təsisçilərindən biri olmaqla yanaşı, İcbari Sığorta Bürosu, Caspian Energy Club və Azərbaycan Sığortaçılar Assosiasiyası kimi nüfuzlu qurumların da üzvüdür.

30 ilə yaxın fəaliyyəti ərzində şirkət etibarlı tərəfdaş kimi formalaşmış, yerli və beynəlxalq səviyyədə bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. Bunlar sırasında "Best Non-Life Insurance Company Azerbaijan", "Brand of Excellence in Business Insurance Azerbaijan", "Most Trusted Insurance Brand – Azerbaijan", "Şəffaf Vergi Partnyorluğu", eləcə də 2023 və 2024-cü illərdə Caspian Energy Club tərəfindən "İlin sığorta şirkəti" mükafatları yer alır. Bundan əlavə, şirkət 2025-ci ilin yekunlarına əsasən "Müştəri məmnuniyyəti" nominasiyası üzrə qalib elan olunmuşdur.

Şirkətin strateji hədəfləri sırasında sığorta xidmətlərinin tam rəqəmsallaşdırılması, könüllü və icbari sığorta şəhadətnamələrinin elektron sistemlər vasitəsilə daha əlçatan təqdim edilməsi, eləcə də sığorta hadisələrinin idarə edilməsinin müasir rəqəmsal platformalar üzərindən həyata keçirilməsi mühüm yer tutur.

TÜİB olaraq Azərbaycan Sənaye Sığorta Şirkətini üzvlərimiz sırasında görməkdən məmnunluq duyur, gələcək fəaliyyətində uğurlar və yeni əməkdaşlıqlar arzulayırıq.