Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86 5 86
Mobil Telefon +994 (51) 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86
Mobil Telefon +994 (51) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB üzvləri üçün "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda təlim təşkil olunub

TÜİB üzvləri üçün "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda təlim təşkil olunub

TÜİB üzvləri üçün "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda təlim təşkil olunub

Dərc Edildi
8 iyul 2026

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin birgə təşkilatçılığı ilə "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda təlim keçirilib.

Təlim müəssisələrin aidiyyəti departamentlərinin əməkdaşları üçün nəzərdə tutulub və əsas məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinin iştirakçılara çatdırılması, eləcə də texniki təhlükəsizlik üzrə bilik və bacarıqların artırılması olub.

Təlim zamanı əməyin mühafizəsi sahəsində normativ-hüquqi tələblər, istehsalat risklərinin müəyyən edilməsi və idarə olunması, bədbəxt hadisələrin qarşısının alınması, iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və texniki təhlükəsizlik qaydalarının düzgün tətbiqi ilə bağlı geniş təqdimat keçirilib.

İnteraktiv formatda təşkil olunan tədbirdə iştirakçıların sualları cavablandırılıb, praktiki yanaşmalar və real iş mühitində rast gəlinən hallarla bağlı fikir mübadiləsi aparılıb.

TÜİB olaraq üzv şirkətlərimizin əməkdaşlarının peşəkar biliklərinin artırılmasına və iş yerlərində təhlükəsiz əmək mühitinin formalaşdırılmasına töhfə verən bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.