UPS Construction TÜİB-ə üzv oldu
UPS Construction TÜİB-ə üzv oldu
8 iyul 2026
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri sırasına UPS Construction qoşulub.
UPS Construction 2018-ci ildən etibarən Azərbaycanda tikinti sektorunda fəaliyyət göstərir. Şirkət ölkənin müxtəlif bölgələrində çoxsaylı zavod, fabrik, anbar tipli kommersiya obyektlərinin, eləcə də strateji əhəmiyyət daşıyan hərbi və mülki təyinatlı obyektlərin layihələndirilməsi və inşasını uğurla həyata keçirib. Fəaliyyət göstərdiyi dövr ərzində yüzlərlə layihənin reallaşdırılmasında, onlarla obyektin isə təməldən tam istifadəyə verilməsinə qədər bütün tikinti prosesində mühüm rol oynayıb.
Şirkət tikinti layihələrində müasir texnologiyalara və keyfiyyətli materiallara üstünlük verir. Metal konstruksiyalar və sendviç panellər üzrə ixtisaslaşan UPS Construction, eyni zamanda ASSAN Panel şirkətinin Azərbaycandakı rəsmi distribüteridir.
Şirkət 40 mm-dən 220 mm-dək qalınlığa malik, PUR, PIR və daş yunu tərkibli sendviç panelləri müxtəlif rəng və metal spesifikasiyalarında müştərilərinə təqdim edir. Bununla yanaşı, yalnız məhsul təchizatı ilə kifayətlənməyərək, montaj xidmətləri, sərf materialları və layihəyə uyğun kompleks həllər təqdim etməklə müştərilərinə tam xidmət paketi təklif edir.
TÜİB olaraq UPS Construction-u üzvlərimiz sırasında görməkdən məmnunluq duyur, gələcək fəaliyyətində uğurlar və yeni əməkdaşlıqlar arzulayırıq.