Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86 5 86
Mobil Telefon +994 (51) 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86
Mobil Telefon +994 (51) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

MG TRANSPORT MMC TÜİB-ə üzv oldu

MG TRANSPORT MMC TÜİB-ə üzv oldu

MG TRANSPORT MMC TÜİB-ə üzv oldu

Dərc Edildi
8 iyul 2026

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri sırasına MG TRANSPORT MMC qoşulub.

MG TRANSPORT MMC innovasiya, sürət və etibarlılığı fəaliyyətinin əsas prinsiplərinə çevirərək beynəlxalq nəqliyyat və logistika sahəsində müasir həllər təqdim edən şirkətdir. Peşəkar komandası və müştəri məmnuniyyətinə əsaslanan xidmət yanaşması ilə şirkət Türkiyə, Mərkəzi Asiya, Çin, Rusiya və Avropa daxil olmaqla geniş coğrafiyada effektiv logistika xidmətləri göstərir.

İstanbul mərkəzli fəaliyyət göstərən MG TRANSPORT MMC-nin İstanbul şəhərində özünə məxsus anbarı fəaliyyət göstərir. Şirkət qrupaj yüklərin daşınması üçün hər gün müntəzəm nəqliyyat vasitələri təşkil edərək müştərilərinə sürətli, təhlükəsiz və etibarlı xidmət təqdim edir.

Şirkət dəniz, quru və hava yolu daşımaları ilə yanaşı, Ro-Ro, intermodal, frigo, lowbed, konteyner, yük avtomobilləri və qabaritdən kənar yüklərin daşınması üzrə kompleks logistika həlləri təklif edir. Planlı və optimallaşdırılmış marşrutlar sayəsində yüklərin vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması təmin olunur.

Keyfiyyət, dürüstlük və peşəkarlığı əsas dəyərləri kimi qəbul edən MG TRANSPORT MMC müştərilərinə etibarlı və çevik logistika xidmətləri təqdim etməklə beynəlxalq yükdaşıma sahəsində etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.

TÜİB olaraq MG TRANSPORT MMC-ni üzvlərimiz sırasında görməkdən məmnunluq duyur, gələcək fəaliyyətində uğurlar və yeni əməkdaşlıqlar arzulayırıq.