Sirab Satış və Dağıtım MMC TÜİB-ə üzvü oldu
Sirab Satış və Dağıtım MMC TÜİB-ə üzvü oldu
6 iyul 2026
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri sırasına “Sirab Satış və Dağıtım” MMC qoşulub.
“Sirab Satış və Dağıtım” MMC 1950-ci illərdən etibarən formalaşan “Sirab” brendinin satış və distribusiya fəaliyyətini həyata keçirən şirkətdir. Şirkət Azərbaycanın bütün bölgələrində mineral su və digər içki məhsullarının operativ, etibarlı və fasiləsiz satışını təmin edir.
Keyfiyyət, etibar və müştəri məmnuniyyəti prinsiplərinə əsaslanan şirkət müasir idarəetmə və distribusiya sistemi ilə fəaliyyət göstərərək ölkənin içki sektorunda etibarlı tərəfdaş kimi tanınır.
TÜİB olaraq “Sirab Satış və Dağıtım” MMC-ni üzvlərimiz sırasında görməkdən məmnunluq duyur, şirkətə gələcək fəaliyyətində uğurlar və yeni əməkdaşlıqlar arzulayırıq.