Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86 5 86
Mobil Telefon +994 (51) 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86
Mobil Telefon +994 (51) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Yapı Kredi Bank Azərbaycan TÜİB-ə üzv oldu

Yapı Kredi Bank Azərbaycan TÜİB-ə üzv oldu

Yapı Kredi Bank Azərbaycan TÜİB-ə üzv oldu

Dərc Edildi
6 iyul 2026

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri sırasına Yapı Kredi Bank Azərbaycan qoşulub.

Yapı Kredi Bank Azərbaycan, Türkiyənin ən köklü maliyyə qurumlarından biri olan Yapı ve Kredi Bankası A.Ş.-nin törəmə müəssisəsi olaraq 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərir. İlk illərdə Koçbank adı ilə fəaliyyət göstərən bank, 2007-ci ildən etibarən Yapı Kredi Bank Azərbaycan adı ilə xidmətlərini davam etdirir. Bankın əsas səhmdarı Türkiyənin aparıcı sənaye və xidmət qruplarından biri olan Koç Holdinqdir.

Bank həm fərdi, həm də korporativ müştərilər üçün geniş çeşiddə bank məhsul və xidmətləri təqdim edir. Azərbaycanda taksitli alış-veriş mədəniyyətinin formalaşmasında mühüm rol oynayan Worldcard bankın ən tanınmış məhsullarından biridir. Bununla yanaşı, Türkiyə və digər ölkələrə pul köçürmələri sahəsində müştərilərinə operativ, rahat və etibarlı xidmətlər təqdim edir.

Hazırda bank ölkə üzrə 8 filialdan ibarət xidmət şəbəkəsi ilə fəaliyyət göstərir. Beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsipləri ilə fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan ölkənin etibarlı maliyyə tərəfdaşlarından biri hesab olunur.

TÜİB olaraq Yapı Kredi Bank Azərbaycanı üzvlərimiz sırasında görməkdən məmnunluq duyur, gələcək fəaliyyətində uğurlar və yeni əməkdaşlıqlar arzulayırıq.