Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB-in VI Dönəm İdarə Heyəti Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri tərəfindən qəbul edilib

Dərc Edildi
7 iyul 2025
TÜİB-in VI Dönəm İdarə Heyəti Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri tərəfindən qəbul edilib Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) VI dönəm üzrə yeni seçilmiş İdarə Heyəti, sədr Hüseyin Büyükfıratın rəhbərliyi ilə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün tərəfindən qəbul olunub. Görüş səfir Birol Akgünün səmimi salamlaşma nitqi ilə başlayıb. O, Azərbaycan–Türkiyə münasibətlərinin dünyada bənzəri olmadığını, bu qardaşlığın tarixə söykənən möhkəm təməl üzərində qurulduğunu vurğulayıb. Səfir, iki ölkə arasında həyata keçirilən birgə layihələrin, xüsusilə enerji sektorundakı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Prof. Dr. Birol Akgün, Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı siyasi iradəsinin bu münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyini, ticari əlaqələrin həcminin artırılmasının isə vacib prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının və iş adamları birliklərinin üzərinə böyük məsuliyyət düşdüyünü, onların bu münasibətlərin inkişafında fəal rol oynadıqlarını vurğulayıb. TÜİB sədri Hüseyin Büyükfırat çıxışında yeni İdarə Heyəti üzvlərini cənab səfirə təqdim edərək, birliyin VI dönəm üzrə qarşıya qoyduğu məqsədlər və qəbul olunmuş strateji qərarlar barədə məlumat verib. O, TÜİB-in Azərbaycan–Türkiyə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün konkret fəaliyyət planları üzərində qətiyyətlə çalışdığını bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müsbət perspektivlərlə başa çatıb. TÜİB olaraq iki qardaş ölkənin iş dünyasını birləşdirən körpü rolumuzu daha da gücləndirməyə sadiqik.