Azərbaycan–Türkiyə ticarət əlaqələrinin inkişafı TÜİB və PAŞA Bankın görüşündə müzakirə olunub
Ana Səhifə
Azərbaycan–Türkiyə ticarət əlaqələrinin inkişafı TÜİB və PAŞA Bankın görüşündə müzakirə olunub
Azərbaycan–Türkiyə ticarət əlaqələrinin inkişafı TÜİB və PAŞA Bankın görüşündə müzakirə olunub
Dərc Edildi
29 iyul 2026
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və TÜİB katibliyi PAŞA Bank Azərbaycan və PAŞA Bank Türkiyə nümayəndələri ilə işgüzar görüş keçiriblər.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması, ikitərəfli ticarət dövriyyəsinin inkişafına töhfə verəcək təşəbbüslər və bu istiqamətdə həyata keçirilə biləcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
PAŞA Bank nümayəndələri iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə dəstək vermək məqsədilə hazırladıqları yeni layihələr və biznes həlləri barədə ətraflı məlumat təqdim ediblər.
Görüşdə həmçinin Azərbaycan və Türkiyə arasında fəaliyyət göstərən sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, işgüzar əlaqələrin inkişafı və özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
Görüş səmimi və məhsuldar şəraitdə baş tutub.
.jpeg)
