TÜİB Katibliyi "Caspian Agro" Sərgisində üzv şirkətləri ziyarət edib.
TÜİB Katibliyi "Caspian Agro" Sərgisində üzv şirkətləri ziyarət edib.
6 may 2026
TÜİB Katibliyi "Caspian Agro" Sərgisində üzv şirkətləri ziyarət edib.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) katibliyi Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu – Caspian Agro Week 2026 sərgisini ziyarət edib. Ziyarət çərçivəsində TÜİB üzvü olan şirkətlərin stendlərinə baş çəkilib, nümayiş olunan yeni texnologiyalar, kənd təsərrüfatı və aqrar sənaye sahəsində innovativ həllərlə tanış olunub.
Qeyd edək ki, Caspian Agro Week 2026 sərgisi 5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir və kənd təsərrüfatı, qida sənayesi və aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətləri bir araya gətirir.
