Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

15 milyard dollarlıq şam yeməyi - QƏTƏRDƏN TÜRKİYƏYƏ DƏSTƏK

  15 milyard dollarlıq şam yeməyi - QƏTƏRDƏN TÜRKİYƏYƏ DƏSTƏK

15 milyard dollarlıq şam yeməyi - QƏTƏRDƏN TÜRKİYƏYƏ DƏSTƏK

Dərc Edildi
16 avqust 2018

 

 

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həmid Əl Sani ilə qapalı görüş keçirib.

FED.az xəbər verir ki, 3,5 saat davam edən görüşün sonunda Qətərin Türkiyəyə 15 milyard dollarlıq sərmayə qoyacağı açıqlanıb.

Tərəflər Qətər-Türkiyə əlaqələrini daha da inkişaf etdirmək qərarına gəliblər. Bundan başqa, Ərdoğanla Əl Sani gündəmdəki məsələləri müzakirə ediblər. 


Məsələ ilə bağlı verilən rəsmi açıqlamada deyilir:

 

"Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Saninin işgüzar səfəri çərçivəsində baş tutan görüşdə ikitərəfli əlaqələr və regional məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Cənab Şeyx Təmim, görüşdə, Qətər olaraq Türkiyəyə 15 milyard dollar birbaşa investisiya yatıracaqlarını bildirmişdir". 

 

Bundan əvvəl Səudiyyə Ərəbəistanı Qətərə embarqo tətbiq edən zaman Türkiyə bu ölkəyə kömək edərək  təyyarə ilə qida və digər məhsullar göndərmişdi. İndid də Qətər Türkiyəyə ən böyük dəstək verən dövlət olub. 

 

15 milyard dolların bazarın valyuta ehtiyacının ödənilməsinə böyük kömək olacağı qeyd edilir.

 

Xəbərdən sonra, Dollar/TL məzənnəsi 5.98 səviyyəsini görüb (Saat 19:15-ə olan məlumat).