Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azərbaycan və Türkiyə yeni zavod açacaq

  Azərbaycan və Türkiyə yeni zavod açacaq

Azərbaycan və Türkiyə yeni zavod açacaq

Dərc Edildi
6 dekabr 2018

 

 

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək.

FED.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

"Biz Azərbaycanda BTQ dəmir yolu üçün yük vaqonlarının istehsalı üzrə zavod yaradacağıq", - nazir "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla görüşdən sonra jurnalistlərə deyib.

"Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq", - nazir vurğulayıb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.