Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrdə Türkiyə və Gürcüstanın iştirakı böyük uğurlar qazanmaq üçün geniş imkanlar yaradır

Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrdə Türkiyə və Gürcüstanın iştirakı böyük uğurlar qazanmaq üçün geniş imkanlar yaradır

Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrdə Türkiyə və Gürcüstanın iştirakı böyük uğurlar qazanmaq üçün geniş imkanlar yaradır

Dərc Edildi
15 noyabr 2018

 Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrində Türkiyə və Gürcüstanın iştirakı böyük uğurlar qazanmaq üçün geniş imkanlar yaradır. Türkiyə ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq, türk iş adamlarının Gürcüstan iqtisadiyyatına sərmayə yatırması və birgə müəssisələr yaratması təkcə bu iki ölkənin deyil, regionun inkişafında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 15-də Tbilisidə keçirilən Gürcüstan-Türkiyə iş adamlarının biznes forumunda səslənib.

Konfransda Türkiyə, Azərbaycan və Gürcüstan arasında mükəmməl biznes münasibətlərinin mövcud olduğu qeyd edilib.

Bildirilib ki, Türkiyə və Gürcüstan arasında iqtisadi sahədə iş birliyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bugünkü biznes forumun keçirilməsində də məqsəd bu əlaqələrin inkişafına dəstək verməkdir. Gürcüstanın həm dövlət qurumları, həm də biznes sektoru Türkiyə ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir.

Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə keçirilən biznes forumda palatanın sədri Nino Çikovani, Türkiyənin Gürcüstandakı səfiri Fatma Geren Yazgen, Türkiyə-Gürcüstan Biznes Şurasının vitse-prezidenti Sərdar Ünsal və başqaları çıxış edib, fikirlərini bölüşüblər.