Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Bakıda 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib

Bakıda 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib

Bakıda 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib

Dərc Edildi
23 dekabr 2025
Dekabrın 23-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz iştirak ediblər.
 
Baş nazir Əli Əsədov Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirib.
 
O, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın ikitərəfli iqtisadi əməkdaşlığın davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər.
 
Eyni zamanda ölkənin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şəraitin yaradıldığı vurğulanıb. İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt azad iqtisadi zonası xüsusi qeyd edilib.
 
Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Cevdet Yılmaz isə Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlığa hazır olduğunu və Türkiyə iqtisadiyyatının ardıcıl artım nümayiş etdirdiyini qeyd edib. O, qarşılıqlı investisiyaların yüksək səviyyədə olduğunu, türk şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrin strateji əhəmiyyət daşıdığını və Zəngəzur dəhlizinin Orta Dəhlizin rəqabət qabiliyyətini artıracağını vurğulayıb. Yılmaz həmçinin Azərbaycanın enerji sektorunda transformasiya və bərpa olunan enerjiyə keçid strategiyasının Türkiyə tərəfindən dəstəkləndiyini bildirib.
 
SOCAR-ın Türkiyəyə 19 milyarda yaxın ABŞ dolları sərmayə ilə qardaş ölkənin ən böyük xarici investoru olduğu qeyd edilib. Bu sərmayələr çərçivəsində neft emalı, neft-kimya və təbii qaz sahələrində bir sıra strateji layihələrin həyata keçirildiyi bildirilib. Şirkətin Türkiyədəki fəaliyyətinin genişləndirilməsi ilə bağlı planları barədə bəhs olunub, Forum çərçivəsində Türkiyədə yerləşən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənədin imzalanacağı bildirilib.

Sənaye və texnologiya sahələrində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyi, müasir texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat, süni intellekt və innovasiya sahələrində əməkdaşlığın genişləndirildiyi qeyd edilib.

Müdafiə sənayesi xüsusilə vurğulanıb. Azərbaycanda müdafiə sənayesinin son zamanlar yüksək templə inkişaf etdiyi, Türkiyə ilə bu sahədə səmərəli əməkdaşlığın qurulduğu diqqətə çatdırılıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq xüsusi vurğulanıb.

Bununla yanaşı Türk İnvestisiya Fondunun yaradılmasının region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyəti qeyd edilib.

Forumun Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, tədbirdə sənaye 4.0, İKT, kənd təsərrüfatı, qida təhlükəsizliyi, regionlararası ticarət və logistika, maliyyə və sığorta sahələrini əhatə edən panel müzakirələr keçirilib.