Yapı Kredi Bank Azərbaycan QSC-nin ofisi ziyarət edilib.
Yapı Kredi Bank Azərbaycan QSC-nin ofisi ziyarət edilib.
23 yanvar 2026
"Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi"nin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və katiblik Yapı Kredi Bank Azərbaycan QSC-nin ofisini ziyarət edib.
Görüşdə Yapı Kredi Bank Azərbaycan QSC-nin İdarə Heyətinin sədri Mete Şamil Öztürk və sədr müavini Sinan Ağırbaş iştirak edib. Ziyarət zamanı TÜİB-in fəaliyyəti, əsas məqsədləri və Azərbaycan–Türkiyə işgüzar əlaqələrinin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Eyni zamanda, Yapı Kredi Bank Azərbaycan QSC-nin fəaliyyət istiqamətləri, bankın biznes subyektləri üçün təqdim etdiyi maliyyə xidmətləri və əməkdaşlıq imkanları müzakirə olunub. Görüş çərçivəsində tərəflər gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.