Binəli Yıldırım: Türkiyə və Azərbaycan iki qardaş dövlətdir
Binəli Yıldırım: Türkiyə və Azərbaycan iki qardaş dövlətdir
Dərc Edildi
29 avqust 2018
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Binəli Yıldırım: Türkiyə və Azərbaycan iki qardaş dövlətdir.
Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.
“Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkədə olmağımdan məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram”, - Yıldırım deyib.