Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib

Dərc Edildi
20 iyul 2018

 Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib. 

 

"Marja"nı məlumatına görə, yeni menecer Adrian Çernautandır.  

 

"Mən İyulun 1-dən Coca-Cola şirkətinin Qafqaz qregionu üzrə meneceri təyin edilmişəm. Mən Azərbaycanda işləyəcəyəm. Azərbaycanın və digər Qafqaz ölkələrinin inkişaf potensialı çox böyükdür", - Adrian Çernautan jurnalistlər ilə görüşündə bildirib.

 

Bundan əvvəl Adrian Çernautan "Coca-Cola Avstriya" şirkətinin icraçı direktoru işləyib. O, Maldova, Rumıniya və Macarıstanda da çalışıb.  

 

Adrian Çernautan qeyd edib ki, "Azerbaijan Coca-Cola Bottlers" şirkətində 300 nəfər işləyir, dollayı yolla işlə təmin edilənlərin sayı isə 3000 nəfərə yaxındır. Ötən ilin sonunda Coca-Cola-nın Azərbaycana yatırdığı sərmayənin məbləği 150 milyon dollara, ödədiyimiz vergilərin məbləği isə 250 milyon dollara çatıb.

 

 "Azerbaijan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır. "Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və  satışını həyata keçirir. "CCI" - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.