Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

"Cocuq Mərcanlı" brendinin loqosundakı simvolların mənası nədir? - VİDEO

"Cocuq Mərcanlı" brendinin loqosundakı simvolların mənası nədir? - VİDEO

"Cocuq Mərcanlı" brendinin loqosundakı simvolların mənası nədir? - VİDEO

Dərc Edildi
5 oktyabr 2018

 Böyük qayıdışın ilk addımı olan Cocuq Mərcanlı artıq eyni adlı bir brendə çevrilib.

İqtisadiyyat Nazirliyi və Türkiyə səfirliyinin birgə fəaliyyəti ilə Cocuq Mərcanlı adı altında yeni brend yaradılıb. Brendin loqosunu yaradan Hüseyin Büyükfirat bu təşəbbüsün təfərrüatlarını danışıb. O, Cocuq Mərcanlı brendinin loqosundakı simvolların mənasını da açıqlayıb. Xezerxeber.az bildirir ki, aşağıdan çəkilən xətt torpağı, üzərindəki insanlar Azərbaycan və Türkiyə xalqının birliyini, yaşıl yarpaqlar isə abadlıq və inkişafın işarəsidir.

Brendin yaradıcısı Hüseyin Büyükfırat bildirir ki, məqsəd Cocuq Mərcanlı əhalisinə, eyni zamanda Azərbaycanın haqlı davasına dəstək olmaqdır.

 

Hüseyin Büyükfırat bildirir ki, Cocuq Mərcanlı brendi layihəsi çərçivəsində loqonu bütün dünyada tanıtmağı qarşıya hədəf qoyublar. Bu brendin loqosunun arxasında isə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məlumatlar qeyd olunacaq.

 Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Huseyin Büyükfırat qeyd edir ki, Cocuq Mərcanlıda istehsal olunan kənd təsərrüfatı məhsulları artıq supermarketlərdə yeni loqo ilə satılmaga baslanacaq. Bundan əlavə, Türkiyə səfirliyinin dəstəyi ilə Cocuq Mərcanlıda suvenir istehsal edən muəssisənin fəaliyyətə başlaması planlaşdırılır.