Dövlət Miqrasiya Xidmətində keçirilən məsləhətləşmə görüşündə TÜİB təmsil olunub
Dövlət Miqrasiya Xidmətində keçirilən məsləhətləşmə görüşündə TÜİB təmsil olunub
16 mart 2026
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qeyri-dövlət tərəfdaşlarının iştirakı ilə miqrasiya sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş məsləhətləşmə görüşü keçirilib. Görüşdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və biznes nümayəndələri iştirak edərək miqrasiya sahəsində mövcud vəziyyət, əməkdaşlıq imkanları və gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Toplantıda Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat da iştirak edib. Görüş çərçivəsində miqrasiya sahəsində biznes mühitinə təsir edən məsələlər, sahibkarların qarşılaşdığı praktiki məsələlər və əməkdaşlıq imkanları müzakirə olunub.
Hüseyin Büyükfırat çıxışı zamanı TÜİB üzvləri tərəfindən öncədən Birliyə ünvanlanan sual və təklifləri də səsləndirərək müzakirəyə təqdim edib. Bu çərçivədə xüsusilə biznes nümayəndələrinin fəaliyyətinə təsir edən miqrasiya prosedurları, sahibkarların qarşılaşdığı praktiki məsələlər və bu istiqamətdə mümkün həll yolları ilə bağlı fikirlər diqqətə çatdırılıb.
Görüş zamanı dövlət qurumları ilə biznes ictimaiyyəti arasında dialoqun gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və sahibkarların fəaliyyətinin daha da asanlaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
TÜİB olaraq Azərbaycan və Türkiyə iş dünyası arasında əməkdaşlığın inkişafına töhfə vermək, üzvlərimizin maraqlarını müxtəlif platformalarda ifadə etmək və biznes mühitinin daha da gücləndirilməsinə dəstək olmaq istiqamətində fəaliyyətimizi davam etdiririk.
.jpeg)

.jpeg)